Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
08.03.2024 - 11:17

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/16 finalda Aleksandr Trofimçuku (Litva) məğlub edib.
S.Əliyev rəqibinə 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) hesabı ilə qalib gəlib. O, növbəti döyüşünü martın 10-da keçirəcək.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin altıncı günündə Azərbaycan millisinin 3 boksçusu rinqə çıxacaq.
0
0