Azərbaycan çempionu İsveç və Gürcüstan klubu ilə eyni qrupda
07.12.2023 - 17:24

UEFA Region Kubokunun 2024/2025-ci illər mövsümünün püşkü atılıb.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Ölkəmizi təmsil edəcək komanda ilkin mərhələdən mübarizəyə başlayacaq. Təmsilçimiz ilkin mərhələnin B qrupunda İsveç və Gürcüstan komandaları ilə mübarizə aparacaq.
Bu mərhələnin oyunları gələn ilin iyulun 31-dək keçiriləcək. Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandalarına rəqib olacaq.
Qeyd edək ki, ölkəmizi turnirdə AFFA Region Liqasının 2023/2024-cü illər mövsümünün çempionu təmsil edəcək.
0
0