Azərbaycan - Estoniya oyununun təyinatları açıqlandı
13.11.2024 - 10:05

Azərbaycan milli komandasının noyabrın 16-da Estoniya yığması ilə Qəbələdə keçirəcəyi UEFA Milətlər Liqasının V tur oyununun hakim təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək:
16 noyabr
18:00. Azərbaycan - Estoniya
Hakimlər Con Biton, Daniel Makfarlan, Devid Makqeçi, Metyu Makdermid (Şotlandiya).
VAR: Endryu Dallas (Şotlandiya).
AVAR: Nikolas Uolş (Şotlandiya).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: Yeva Qayevska (Polşa).
Qəbələ şəhər stadionu.
0
0