Azərbaycan – İordaniya matçının vaxtı açıqlandı
15.08.2023 - 15:02

Azərbaycan – İordaniya matçının vaxtı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunu çərçivəsində İordaniya yığmasına qarşı keçirəcəyi matçın başlama saatı məlum olub. Sentyabrın 12-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma “Dalğa Arena”da təşkil olunacaq.
0
0