Azərbaycan – İordaniya oyunu “Dalğa Arena”da
15.02.2023 - 12:56

Azərbaycan milli komandası İordaniya ilə yoldaşlıq oyunu keçirəcək.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Qarşılaşma sentyabrın 12-də baş tutacaq. Matç Bakıda təşkil olunacaq.
Artıq oyunun keçiriləcəyi stadion da dəqiqləşib. Görüş “Dalğa Arena”da oynanılacaq.
0
0