Azərbaycan – İordaniya oyununun biletləri satışda
30.08.2023 - 12:47

Azərbaycan – İordaniya oyununun biletləri satışa çıxarılıb.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yoldaşlıq görüşü sentyabrın 12-də keçiriləcək. “Dalğa Arena"da baş tutacaq matça biletlərin satış qiymətləri 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VIP isə 10 manatdır.
Azarkeşlər biletləri “iTicket.az”, “Gənclik Mall”, “28 Mall”, Heydər Əliyev Sarayının kassası, həmçinin Köşk No1 və No2, 1, 2, 3, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzində əldə edə bilərlər.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
0
0