
UEFA Millətlər Liqasında qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Azərbaycan – İsveç oyununun bilet satışı davam edir.
Apasport.az xəbər verir ki, indiyədək qarşılaşmaya 7655 bilet satılıb.
Bilet qiymətləri 3-30 azn təşkil edir.
Biletləri aşağıdakı məntəqələrdən ala bilərsiniz:
Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi
Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.