Azərbaycan Kuboku: "Neftçi" səfərdə ən çox qələbə qazanan komandadır
01.02.2024 - 10:24

“Neftçi” Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib.
Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında onun yetirmələri “Sumqayıt”a qalib gəlib – 3:2. Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib.
Qeyd edək ki, “Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.
0
0