Azərbaycan – Latviya oyununun vaxtı açıqlandı
03.11.2023 - 11:11

Azərbaycan – Latviya oyununun keçiriləcəyi vaxt müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Latviya yığmasına qarşı keçirəcəyi matçın başlama saatı müəyyənləşib. Görüş noyabrın 17-də, saat 18:00-da başlayacaq.
Qeyd edək ki, qarşılaşma "Dalğa Arena"da keçiriləcək.
Yoldaşlıq oyunu
17 noyabr
18:00. Azərbaycan – Latviya
"Dalğa Arena"
0
0