Azərbaycan minifutbol çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib
28.03.2024 - 13:42

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin cütləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, 15 turluq ilk mərhələdən sonra turnir cədvəlinin birinci “8-liy”ində qərarlaşan komandalar pley-offda mübarizəni davam etdirəcəklər.
İki oyundan ibarət olacaq 1/4 finalda “Zirə” - “Aznur”, “Birbaşa Bakı” - “İnter”, “Odlar Yurdu” - “Abşeron”, “Real Bakı” - “Qalaksi” görüşləri keçiriləcək.
İlk qarşılaşmalar aprelin 3-də, cavab matçları isə 10-da oynanılacaq.
0
0