Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
23.04.2024 - 09:18

Parataekvondo üzrə Azərbaycan millisi bu gün Qubada təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, yayda Serbiyada keçiriləcək Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan toplanışa 6 idmançı cəlb edilib.
Baş məşqçi Fərid Tağızadənin rəhbərlik etdiyi təlim-məşq toplanışında Sabir Zeynalov, Amin Əliyev, Amin Şıxəliyev (hamısı 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) iştirak edirlər. Hazırlıq prosesi mayın 4-də başa çatacaq.
0
0