Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama tarixi açıqlandı
08.06.2023 - 13:29

Misli Premyer Liqasında 2023/24 mövsümünün start tarixi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.
Yeni futbol mövsümü avqustun 4-də başlanacaq. Misli Premyer Liqasından 1 gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.
Qeyd edək ki, yarışların püşkatması və digər detalları yaxın müddətdə dəqiqləşəcək.
0
0