Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkü atılacaq
16.07.2024 - 10:14

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Apasport.az xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.
33-cü dəfə təşkil olunacaq yarışın mükafatları uğrunda 10 komanda - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” mübarizə aparacaq.
Azərbaycan Premyer Liqasında mövsümə avqustun 2-də start veriləcək.
0
0