Azərbaycan - Slovakiya matçının keçiriləcəyi stadion açıqlanıb
29.07.2024 - 14:57

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.
Apasport.az xəbər verir ki, C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq.
0
0