Azərbaycan UEFA reytinqində geriləyib
09.08.2024 - 10:05

Azərbaycan ötən həftə ilə müqayisədə UEFA reytinqində geriləyib.
Apasport.az xəbər verir ki, avrokuboklarda III təsnifat mərhələsinin ilk oyunlarından sonra ölkə sıralamasında bir pillə geri düşmüşük.
24-cü sırada yer alan Azərbaycanın xalı 18,500-ə bərabərdir.
23-cü pillədəki Slovakiyanın 18,750, 25-ci yerdəki İsveçin 18,375 xalı var.
55 ölkənin yer aldığı reytinq siyahısına 89,160 xalla İngiltərə başçılıq edir.
0
0