Azərbaycan yığması baş məşqçisiz qaldı
21.06.2022 - 15:37

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olacaq.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Baş məşqçi Milan Obradoviçin müqavilə müddəti başa çatıb. Onunla anlaşma uzadılmayacaq. U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinat yaxın müddətdə gerçəkləşəcək.
0
0