Azərbaycan yığması YARIMFİNALDA
09.10.2024 - 21:07

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, Rəcəb Fərəczadənin yetirmələri 1/4 finalda İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Yığmamız qələbə ilə yarımfinala yüksəlib - 3:0. Komandamızın bu mərhələdəki görüşü sabah baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində əvvəlki keçirdiyi oyunlarda Serbiyaya 1:5, Çexiyaya 0:2 hesabı ilə uduzub. Hindistan yığmasından isə üstün olub - 16:0
0
0