
Ağdaş şəhər sakinləri çayda çimərkən boğulub.
APA-nın məlumatına görə, şəhər sakini 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Apasport.az idmanxeber.az-a istinadla xəbər verir ki, çayda boğularaq faciəvi şəkildə dünyasını dəyişən Rəhman Əliyev ötən mövsüm Azərbaycan II liqasında yarışmış "Ağdaş" futbol klubunun rəhbəri olub.
34 yaşlı Əliyev evliydi, 3 övladı var.
Allah rəhmət eləsin!