Azərbaycanlı futbolçu Rusiya çempionu olub
16.11.2024 - 21:54

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionu olub.
Apasport.az xəbər verir ki, o, "Zenit"in qadınlardan ibarət komandasının heyətində həmin titula sahib çıxıb.
Sankt-Peterburq təmsilçisi son turda ÇSKA-nı 1:0 hesabı ilə məğlub edib. Bununla da, komanda yenilgisiz çempion olub.
Qeyd edək ki, Mirzəliyeva bu mövsüm 7 oyunda 1 qol vurub.
0
0