Azərbaycanlı referi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə təyinat aldı
31.10.2022 - 11:46

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, referi karyerasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oyun idarə edəcək.
O, qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ağayevə FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də baş tutacaq.
0
0