
Azərbaycanın qadın həndbolçularından ibarət "Azəryol" komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın "Astana" kollektivi ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, yoxlama oyunu təmsilçimizin 40:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Təlim-məşq toplanışında "Astana"nın 2008-ci il və aşağı yaş qrupları üzrə oğlan və qızlardan ibarət komandaları, həmçinin qadınlardan ibarət həndbolçuları iştirak edir. “AHF Arena” İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə dekabrın 9-da yekun vurulacaq.
Qeyd edək ki, daha əvvəl Qazaxıstanın "Turan" kollektivi Bakıda hazırlıq prosesi keçmişdi.
- Dünya birinciliyinə qatılacaq taekvondoçularımız bəlli oldu - HEYƏT
- Azərbaycan millisinin üzvləri danışılmış oyunlarla bağlı seminarda iştirak ediblər
- Qurbanovla Regekampfın dünya reytinqində yeri açıqlandı
- FİFA köklü dəyişikliklərə gedir – qərarın tətbiqinə 2 gün qaldı
- Lo Çelso “Betis”in maraq dairəsində