Bakıda keçiriləcək beynəlxalq turnirin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
13.05.2024 - 11:57

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirinin hakimləri, qonaqlar və Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
ABF-dən apasport.az-a verilən məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qeyd edək ki, “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri bu gün start götürəcək və mayın 18-də başa çatacaq.
0
0