Bədii gimnastlarımız Sofiyaya YOLLANACAQ
10.04.2024 - 20:00

Aprelin 12-14-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması turnirdə 2 idmançı ilə təmsil olunacaq.
İlona Zeynalova və Mədinə Dəmirova fərdi yarışlarda qüvvəsinin sınayacaq. Turnir Dünya kuboku çərçivəsində baş tutacaq 5 mərhələdən biridir.
Qeyd edək ki, npvbəti yarış aprelin 19-21-də Bakıda olacaq.
0
0