"Beşiktaş" Juninyonu "kredit"lə almaq istəyir
24.03.2024 - 15:58

"Qarabağ" forvardı Juninyonu "Beşiktaş"a yayda satmaq istəmir.
Apasport.az saytına verilən məlumata görə, Türkiyə klubu braziliyalını transfer etməkdə israrlıdır.
"Qarabağ" "Beşiktaş"dan Juninyo üçün 8 milyon avro tələb edib. İstanbul nəhəngi isə Azərbaycan çempionuna məbləği necə ödəyə biləcəyini bildirib.
Belə ki, "Beşiktaş" Juninyo üçün 5 milyon avro ödəyə biləcəyini, qalan 3 milyonu isə hissə-hissə ödəmək iqtidarında olduğunu çatdırıb.
"Qarabağ"ın Juninyonu "Beşiktaş"a satıb-satmayacağı yayda dəqiqləşəcək.
0
0