"Beşiktaş" oyunçusunu icarəyə göndərdi
30.07.2024 - 19:08

"Beşiktaş" futbolçusu Tayfur Bingölü icarəyə verib.
Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Eyüspor"a 2024/2025 mövsümünün sonuna kimi icarəyə göndərilib. Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, T.Bingöl ötən mövsüm "Beşiktaş"ın heyətində 19 matçda meydana çıxıb, 1 qol vurub, 2 qolun ötürməsini verib.
0
0