
Gürcüstanın Tbilisidə Beynəlxalq Media Kuboku futbol turniri başa çatıb.
Apasport.az saytı xəbər verir ki, məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunan yarışda Azərbaycan üçüncü yeri tutub.
8 ölkənin təmsil olunduğu tunririn B qrupunda komandamız Rumıniya, Qazaxıstan və Gürcüstan-2 ilə üz-üzə gəlib. Təmsilçilərimiz inamlı çıxışla 6 xal toplayaraq qrupdan çıxıb. Finalın bir addımlığında rəqib Gürcüstanın əsas komandası olub. Gərgin keçən görüşdə qonşularımız 3:2 hesabı ilə qalib gəliblər. Yekunda komandamız turniri mükafatçılar sırasında, 3-cü yerdə bitirib.
Qeyd edək ki, idman jurnalistlərindən ibarət heyət Gənclər və İdman Nazirliyi, Azərbaycan İdman Jurnalistləri İB-in dəstəyi ilə turnirdə iştirak edib.