Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
03.06.2024 - 09:34

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Apasport.az xəbər verir ki, toplantı saat 10:00-da başlayacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. I və II Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” klubuna müvafiq yardımın ayrılması
0
0