Bundesliqa çempionu 18 yaşlı hücumçu transfer edib
04.01.2025 - 14:29

Bundesliqa çempionu "Bayer" 2025-ci ildə ilk transferini həyata keçirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Leverkuzen təmsilçisi Alexo Sarkonu heyətinə qatıb. Argentinalı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
18 yaşlı mərkəz hücumçusu Argentina U-17 millisində 20 oyuna çıxıb, 5 qol vurub.
0
0