Bundesliqanın açılış matçı qolsuz başa çatdı
11.02.2023 - 01:27

Almaniya Bundesliqasının XX turunun açılış matçı qolsuz bərabərliklə başa çatıb.
Apasport.az xəbər verir ki, Qelzenkirxen şəhərində keçirilən autsayder "Şalke" ilə "Volfsburq"un görüşündə hesab açılmayıb.
Qeyd edək ki, 3 turdur qələbə qazana bilməyən "Volfsburq" 30 xalla 7-ci, "Şalke" isə 12 xalla sonuncu – 18-cidir.
0
0