“Buriram Yunayted” Ramilsiz növbəti mərhələyə adladı
21.12.2023 - 23:18

Tayland kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Ramil Şeydayevin də formasını geyindiyi "Buriram Yunayted" üçüncü liqa təmsilçisi "Uttaradit"lə qarşılaşıb. Matç "Buriram Yunayted"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Buriram Yunayted" 1/8 finala yüksəlib.
Ramil Şeydayev bu oyunda meydana çıxmayıb.
0
0