
“Qalatasaray”la çempion olduğum üçün çox duyğulu anlar yaşayıram”.
Apasport.az saytı xəbər verir ki, bu sözləri “Anakaragücü”yə 4:1 hesabı ilə qalib gələn “Qalatasaray”ın baş məşqçisi Okan Buruk söyləyib.
Futbolçu kimi “sarı-qırmızılı” forma ilə 7 dəfə Türkiyə çempionu olan Buruk baş məşqçi kimi eyni uğura nail olub. Təcrübəli məşqçi qələbə münasibətilə azarkeşlərə təşəkkür edib: “Futbolçulara və azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər savaşdıq. Mövsümü derbi qələbəsi ilə bitirəcəyik”.
Qeyd edək ki, 49 yaşlı mütəxəssi karyerası ərzində “Qalatasaray”la yanaşı “Başakşəhər”ə də Türkiyə çempionu titulunu qazandırıb.