Cəlal Hüseynov 90 dəqiqə oynadı, komandası heç-heçə etdi
31.08.2024 - 17:49

Futbol üzrə Bolqarıstan çempionatında 7-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Slaviya” (Sofiya) ilə qarşılaşıb.
Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Start heyətində yer alan Cəlal Hüseynov 90 dəqiqə meydanda olub.
“Arda” hazırda 10 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
0
0