Cəlal Hüseynovun komandasından böyükhesablı məğlubiyyət
25.02.2024 - 11:13

Futbol üzrə Bolqarıstan çempionatında XXII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, milli komandamızın üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə Sofiya "Levski"sinin qonağı olub. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Gənc futbolçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
22 turdan sonra 31 xal toplayan "Arda" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
0
0