Cəlalın komandasından qələbə
08.11.2024 - 23:23

Bolqarıstan çempionatında XV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Cəlal Hüseynovun şərəfini qoruduğu "Arda" da növbəti matçını keçirib.
Komanda "Botev"i qəbul edib. Görüş meydan sahiblərinin komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hüseynov bu görüşdə iştirak etməyib.
Qeyd edək ki, "Arda" turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
0
0