Cəlalın komandasından xal itkisi
16.09.2024 - 09:16

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Kırcalı təmsilçisi səfərdə “Çerno More” ilə qarşılaşıb. Oyun bərabərliklə başa çatıb – 1:1.
Cəlal bu görüşdə ikinci hissədə – 69-cu dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
“Arda” 8 oyundan sonra 11 xalla 7-ci sıradadır. “Çerno More” isə 15 xalla 4-cü pillədə yer alıb.
0
0