
“Zirə” Rumıniyanın Oredea şəhərində minifutbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Apasport.az saytı xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Macarıstanın "Şanto" klubunu mübarizədən kənarlaşdırıb.
Onlar rəqiblərini 4:0 hesabı ilə məğlub ediblər. “Zirə” növbəti görüşündə Böyük Britaniyanın "Sokker Sikses" klubu ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, “Zirə”dən öncə Azərbaycanın "Birbaşa Bakı" klubu da Çempionlar Liqasında 1/4 finala yüksəlib. Təmsilçimiz yarımfinala gedən yolda yarışın ötən ilki qalibi, ev sahibi “AEK Oradea" komandası ilə mübarizə aparacaq.