Çimərlik hakimi Olimpiya kompleksinə direktor təyin olundu
16.03.2023 - 01:34

Çimərlik futbolu üzrə sabiq FIFA referisi Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinə direktor təyin olunub.
Apasport.az-ın xəbərinə görə, bu barədə Ə.Həmzəyevin özü məlumat verib.
Qeyd edək ki, Əfqan Həmzəyev əvvəllər futbol üzrə Azərbaycan Premyer Liqasında da hakimlik edib. O bunadək Azərbaycan Futnet Federasiyasının baş katibi işləyirdi.
0
0