Coşqun oynadı, komandası qələbə qazandı
19.10.2024 - 19:25

Türkiyə 1-ci Liqasında IX turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin futbolçusu Coşqun Diniyev də növbəti matçına çıxıb.
Onun şərəfini qoruduğu "Bandırmaspor" "Karagümrük"ü qəbul edib. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.
Start heyətində yer alan Coşqun 73-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Bandırmaspor" 15 xalla 4-cü pillədə qərarlaşıb.
0
0