Coşqunlu “Bandırmaspor” məğlub oldu
05.01.2025 - 17:57

Türkiyə 1-ci Liqasında XVIII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev də növbəti matçına çıxıb.
Onun şərəfini qoruduğu "Bandırmaspor" "Manisa"nı qəbul edib.
Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matça start heyətdə başlayan Diniyev sona qədər meydanda olub.
Qeyd edək ki, "Bandırmaspor" 33 xalla 2-ci pillədə qərarlaşıb.
0
0