Daha bir komandamızın yoldaşlıq matçı təxirə salındı
25.07.2024 - 17:54

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz”un qardaş ölkə təmsilçisi "Kocaelispor”la yoxlama oyunu ləğv olunub.
Klubdan apasport.az-a verilən məlumata görə, bu gün keçirilməli olan matç tərəflər arasında yaranan fikir ayrılığı səbəbindən baş tutmayıb.
Bundan öncə isə “Neftçi”nin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Oruba" ilə yoxlama oyunu ləğv edilib.
Qeyd edək ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda daha əvvəl yoxlama matçlarında Türkiyə təmsilçiləri "Pendikspor" (0:0) və "Adana Dəmirspor"la (3:3) heç-heçə edib.
0
0