“Dalğa Arena”da məğlubiyyət
08.04.2023 - 17:57

Qadın futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyə ilə qarşılaşıb.
Görüş Bakıdakı “Dalğa Arena”da baş tutub. Matçın taleyini bir qol həll edib. Busem Şeker 6-cı dəqiqədə vurduğu qolla qonaqlara qələbə qazandırıb.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 11-də “Dalğa Arena”da baş tutacaq.
0
0