Dünya çempionatı Mərakeşdə
16.12.2022 - 14:51

Klublararası dünya çempionatının yeri və vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, turnir Mərakeşdə təşkil olunacaq.
Öz qitələrində ən yaxşı adını qazanan klubların mübarizəsi 2023-cü il fevralın 1-11-də baş tutacaq. Turnirin 2022-ci ilin sonunda deyil, növbəti ilin əvvəlində təşkilinə səbəb DÇ-2022-nin bu vaxta təsadüf etməsidir.
Qeyd edək ki, çempionatın yeddi iştirakçısından beşi bəllidir. “Real”, “Flamenqo”, “Sietl Saunders”, “Vidad Kasablanka” və “Oklend Siti”yə Asiya Çempionlar Liqasının və Mərakeşin təmsilçisi qoşulacaq.
0
0