
DÇ-2030-un final matçının yeri açıqlanıb.
Apasport.az “Marca”ya istinadla xəbər verir ki, turnirin həlledici matçı "Santyaqo Bernabeu"da baş tutacaq.
FİFA-nın rəsmi qərarı qarşıdakı günlərdə açıqlayacağı gözlənilir.
Xatırladaq ki, FİFA 2030-cu ildə dünya çempionatının 100-cü ildönümü olduğu üçün ev sahibi ölkələrdən başqa yerlərdə 3 oyun keçiriləcəyini açıqlamışdı. Uruqvay, Argentina və Paraqvay turnirdə ilk oyunlarını öz ölkələrində keçirəcək.
Bu 3 ölkə ilə yanaşı, turnirə ev sahibliyi edən İspaniya, Portuqaliya və Mərakeş 2030-cu ildə keçiriləcək dünya çempionatında birbaşa iştirak etmək hüququ qazanacaq.