Dünya və Avropa mükafatçısı mənzillə mükafatlandırıldı - FOTO
11.12.2022 - 22:45

Kikboksinq üzrə dünya və Avropa mükafatçısı, V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Camal Məmmədov mükafatlandırılıb.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, göstərdiyi gözəl nəticələrə görə, federasiyanın prezidenti Orxan Əliyev ona yeni mənzilin orderini təqdim edib.
Qeyd edək ki, daha öncə fevral ayında 2021-ci ildə dünya çempionu olduğu üçün Anar Məmmədova federasiya prezidenti tərəfindən avtomobil bağışlanmışdı.
0
0