Eddi İsrafilov millinin toplanışını tərk etdi
09.10.2023 - 18:02

Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Eddi İsrafilov yığmanın düşərgəsini tərk edib. “Neftçi”nin yarımmüdafiəçisi zədə səbəbindən Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsindəki oyunlarına hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.
Qeyd edək ki, yığmamız oktyabrın 13-də Estoniya, 16-da isə Avstriya yığması ilə qarşılaşacaq.
0
0