Ekvadordan son
25.11.2022 - 20:42

Ekvador millisinin "quru seriyası" başa çatıb.
Apasport.az saytı xəbər verir ki, cənubi amerikalılar 701 dəqiqədən sonra qapısında qol görüb.
"Üçrənglilər"in uğurlu seriyası DÇ-2022-nin II turunda Niderlandla oyunda qırılıb. Görüşün 6-cı dəqiqəsində Kodi Qakpo avropalıları hesabda önə çıxarıb.
Qeyd edək ki, Ekvador yığması buna qədər 7 oyun əvvəl Argentina ilə qarşılaşmada (1:1) qol buraxmışdı.
0
0