"Əl-Hilal" fransalı ilə maraqlanır
12.01.2024 - 15:24

Daha bir futbolçu kariyerasını ərəb yarımadasında davam etdirə bilər.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, "Əl-Hilal" "Aston Villa"nın futbolçusu ilə maraqlanır.
Ərəb təmsilçisi müdafiəçi Luka Din ilə maraqlanır. Səudiyyə Ərəbistanı klubu futbolçunu yaxın günlərdə icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, futbolçunun "Şirlər"lə müqaviləsi 2026-cı ilə qədərdir. Fransalının transfer dəyəri 15 milyon avro qiymətləndirilir.
0
0