
“Neftçi” klubunun rəhbərliyində dəyişiklik olub.
Bakı təmsilçisindən apasport.az saytına verilən məlumata görə, vitse-prezident Elnur Eyvazov komandadan ayrılıb.
O, öz istəyi ilə tutduğu vəzifədən azad edilib. “Ağ-qaralar” 7 il ərzində göstərdiyi xidmətlərə görə ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar diləyib.
Qeyd edək ki, Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb, 2017-ci il iyul ayının 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərarın əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident postuna təyin olunmuşdu.