Elvin Cəfərquliyev millinin heyətindən çıxarıldı - SON DƏQİQƏ
17.11.2024 - 12:41

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Elvin Cəfərquliyevdən başqa Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə də heyətdən çıxarılıb.
Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin İsveç - Azərbaycan oyunu noyabrın 19-da, Bakı vaxtı ilə saat 23:45-də "Strouberri Arena"da keçiriləcək.
0
0