
"Bu oyun həmişə yadımda qalacaq".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Bakıda İsveç yığmasına 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli futbolçu azarkeşləri sevindirdikləri üçün çox xoşbəxt olduqlarını bildirib: "Onlar da bizdən yaxşı oyun və qələbə gözləyirdi. Bu gün vuruşduq və istədiyimiz nəticəni qazandıq".
Yarımmüdafiəçi sonuncu turda bazar günü Belçikaya qarşı keçirəcəkləri matça da toxunub: "Bu, yüksək səviyyəli rəqibdir. Yaxşı oyunçuları var. Yenə də əlimizdən gələni edəcəyik. Belə komandalara qarşı bəxtimiz də olmalıdır".
Yığmada 13-cü qoluna imza ataraq Qurban Qurbanova (14 qol) yaxınlaşan Mahmudov əsas məqsədinin komandaya xeyir vermək olduğunu vurğulayıb: "Qollar vurduğum üçün də sevinirəm".